!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Ermənistanın "GƏRGİNLİK" OYUNU: "Qafqaza daha aqressiv formada girmək üçün..."

!Reklam – Yazi

“Rusiya-Ermənistan münasibətlərində baş verən proseslər Azərbaycanın, Türkiyənin və türk dünyasının mənfəətinə olmayıb, olmasını da proqnozlaşdırmıram”.

Bu fikirləri Rusiya ilə Ermənistan arasında baş verən gərginlik fonunda Azərbaycanın atmalı olduğu addımları dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya ilə Ermənistan arasındakı gərginlik inandırıcı deyil:

“Azərbaycan haqlı, işğala məruz qalmış, genofonduna ciddi ziyan dəymiş, tarixin yaddaşından silinməsi üçün məqsədyönül iş aparılmış tərəfdir. Azərbaycanın hücum diplomatiyasında olması üçün çoxlu sayda əsaslar var. Nədənsə Azərbaycan daha çox müdafiə mövqeyində olub. Deyilənləri təkzib etmək, olanlara reaksiya vermək – bu, ən böyük yanlış diplomatiya idi. Burada Rusiya faktoru da təsirsiz deyil.

Qərbi Azərbaycan məsələsi yeni gündəmə daxil oldu. Görsən niyə? 30 il idi bu məsələ gündəmdə deyildi. Zamanında bu mövzu ilə bağlı fikirlər səsləndirəndə bizi ara qatmaqda günahlandırırdılar.

Rusiya ilə Ermənistan arasındakı indiki gərginliyi gerçəkçi görmürəm. Belarus və Ermənistan Rusiyanın forpostudur. Ermənistan problem dövlətidir. Ermənistan Şimali və Cənubi Qafqazda problem yaratmaq üçün yaradılmış dövlətdir. Onu quran isə Rusiyadır. Maraqları olanda himayə edən isə Fransa, Qərbdir. Bu baxımdan, Gümrüdə baş verənlərə aldanmaq olmaz. Heç nə dəyişmir. Rusiya aqressivdir. Rusiya Qafqazda Ermənistanı oynadır. Ola bilər ki, Azərbaycanı “Vaqner” qrupu ilə ciddi imtahana hazırlamaq istəyir. Ukrayna ilə yanaşı, Qafqaza daha aqressiv formada girmək üçün şanslar yaradır. Bu kombinasiyanı belə görürəm”.

Səxavət Məmməd

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv