!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə imzalanan bəyannamədə KİNO FAKTORU: “Bu, bir zərurətdir” – ŞƏRH

!Reklam – Yazi

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” imzalanan bəyannamədə kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi də əksini tapıb.

Yenicag.az-a açıqlama verən tanınmış rejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayev bu bəyannamənin Azərbaycan mədəniyyətinə, eyni zamanda kinonun inkişafına təkan verəcəyini bildirib:

“İki ölkə arasında imzalanan bu bəyannaməni alqışlayıram. Bir kino insanı kimi hesab edirəm ki, bəyannamədə əksini tapan kinemotoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi kinomuzun inkişafına təkan verəcək. Kino sahəsi və kino istehsalının dirçəldilməsi üçün bu addıma çox ehtiyacımız var. Xüsusən də kinomuzun indiki dönəmində. Vaxtilə ən gözəl filmlərimiz Moskvada Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb qayıdan azərbaycanlı kinemotoqrafçıların sayəsində çəkilib. Elə mən özüm də o təhsil ocağını bitirmişəm. Həmin ali təhsil ocağında kino istehsalı və ümumən kinomotoqrafiya üzrə bütün bilgilər verilir. Kino adamı öyrəndiyi bütün bilikləri təcrübədə reallaşdırır. Bu ənənə dirçəldilsə, yəni azərbaycanlı gənclər yenə həmin ali kino məktəbində təhsil almağa göndərilsələr, ölkəmizdə kino istehsalı ilə peşəkar səviyyədə məşğul olacaqlar. Bura həm ssenari, rejissor, həm aktyor işi və digər texniki məsələlər də daxildir. Hesab edirəm ki, Azərbaycan kinosunun inkişafı üçün bu, bir zərurətdir”.

Cəvahir

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv