!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə İranı yaxınlaşdıran AMİLLƏR: "Buna məcburi müttəfiqlik yanaşması kimi baxmaq lazımdır"

!Reklam – Yazi

“Bir çox məsələdə kəskin fikir ayrılığına sahib olan iki ölkənin türk dünyasına qarşı maraqları eynidir”.

Bu fikirləri Rusiya ilə İran arasındakı isti münasibətlər haqqında danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında səsləndirib.O bildirib ki, Rusiya və İranın Cənubi Qafqaz regionunda bir sıra maraqları mövcuddur:

“Son iki il ərzində həm İranın, həm də Rusiyanın qlobal münasibətlər sistemində atdığı addımlar dünya dövlətləri ilə münasibətlərinin pisləşməsinə səbəb olub. Bu iki ölkəyə qarşı kəskin mövqelərin formalaşması onların müəyyən məsələlərdə müttəfiq olmasına rəvac verir.

Hazırda Rusiya Ukraynaya qarşı apardığı müharibədə İranın “Şahid” PUA-larından istifadə edir. Eyni zamanda, Qərbdən gələn sanksiyalar fonunda bu iki ölkə iqtisadi əməkdaşlıq edir.

Nə qədər Rusiya və İran arasında yaxın münasibət olduğu görünsə də, siyasi yanaşmada kəskin fərqləri mövcuddur. Rusiya İranın geostrateji güc olaraq ortaya çıxmasını istəməz. Ona görə də Rusiya-İran yaxınlaşmasına məcburi müttəfiqlik yanaşması kimi baxmaq lazımdır.

Bir çox məsələdə kəskin fikir ayrılığına sahib olan iki ölkənin türk dünyasına qarşı maraqları eynidir. Türk dünyasına qarşı yaranan qorxu Rusiya və İranı qardaşlaşdırır. Bu maraqları təmin etmək üçün isə Ermənistandan istifadə olunur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv