!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə müharibədə daha bir ukraynalı futbol məşqçisi həlak oldu – FOTO

!Reklam – Yazi

Ukraynanın tanınmış uşaq futbol məşqçisi Rusiyaya qarşı müharibədə həlak olub.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, “Lvov” futbol klubunun 2006-cı il təvəllüdlü aşağı yaş qrupu üzrə məşqçisi Dmitri Fialkanın döyüşdə həlak olduğu təsdiqlənib.

Bu barədə məlumat “Lvov” FK-nın sosial şəbəkə hesablarında yayılıb. Fialkanın iki övladının olduğu bildirilir.

Qeyd olunur ki, Fialka bu ilin fevralında – Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başladığı ilk günlərdə könüllü olaraq ordu sıralarına qoşulub.

Uşaq futbolu üzrə Ukraynanın tanınmış mütəxəssislərindən biri olan Fialkanın yetirmələri müharibədən bir neçə gün əvvəl Kiyev “Dinamo”sundan olan yaşıdlarına qalib gələrək onları Qış kubokundan kənarlaşdırmışdılar.

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv