!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rusiya ilə müharibədə həlak olan ukraynalı idmançıların SAYI – Nazirdən AÇIQLAMA

!Reklam – Yazi

Rusiyanın hərbi təcavüzü nəticəsində döyüş əməliyyatları zamanı və ya başqa şəraitdə həlak olan ukraynalı idmançıların sayı müəyyənləşib.

Yünicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə staistikanı Ukraynanın gənclər və idman naziri Vadim Quttsayt özünün “Facebook” hesabında paylaşıb.

Nazirin yazdığına görə, müharibə başlayandan bəri Ukraynanın 133 idmançısı və məşqçisi həlak olub:

“Təəssüf ki, artıq həmin idmançıların qələbəsi sayəsində bayrağımız qaldırılmayacaq və himnimiz səsləndirilməyəcək.

Biz sizi heç vaxt unutmayacağıq və bunu düşmənə əsla bağışlamayacağıq. Bundan sonrakı idman nailiyyətlərimiz bizim Mələklərin xatirəsinə həsr olunacaq”.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv