!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Qərb arasında QARŞIDURMA: “Ermənistanı himayə edən qüvvələr bunu istəmədiyinə görə…” - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan əgər sülh müqaviləsi imzalayarsa, rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olacağını yaxşı başa düşür. Belə olan vəziyyətdə daxili təzyiq artacaq”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Ermənistanda sülh müqaviləsinin mətni üzərində ciddi iş gedir” bəyanatına münsibət bildirən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan artıq dəfələrlə Azərbaycanın sülh təkliflərinə baxıldığını bildirir:

“Təəssüf ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı real bir nəticə yoxdur. Çünki bu danışıqlar davamlı şəkildə aparılmır. Ermənistan rəsmiləri Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlardan yayınmağa çalışır. Avropa platforması isə artıq bir müddətdir ki, dayanıb.

Görünür ki, sülh müqaviləsini uzatmaqda Ermənistan rəsmilərinin məqsədi özləri üçün daha münbit bir şəraiti yetişdirməkdir. Hal-hazırda Azərbaycan, Türkiyə və Rusiya Zəngəzur dəhlizi ilə bağlı Ermənistana təzyiqləri artırdığı bir vaxtda, rəsmi İrəvan İran və Fransa vasitəsi ilə bu prosesin qarşısını almağa çalışır. Ermənistan əgər sülh müqaviləsi imzalanarsa, rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olacağını yaxşı başa düşür. Belə olan vəziyyətdə daxili təzyiq artacaq. Ermənistanı hazırda himayə edən qüvvələr bunu istəmədiyinə görə prosesə təsir göstərərək müqavilənin imzalanmasını ləngidirlər.

Həmin qüvvələrin indi əsas fəaliyyəti Rusiyanı regiondan çıxarmağa yönəlib. Qərb Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına bir o qədər də maraq göstərmir. Rəsmi İrəvan bu missiyanın həyata keçirilməsində Qərbə dəstək olur. Rusiya ilə Qərb arasında bugünkü qarşıdurma vəziyyətinin sülh müqaviləsinə və iki ölkə arasında öhdəliklərin yerinə yetirilməsinə öz mənfi təsirini göstərdiyini düşünürəm”.

Nəsimi Ələsgərli

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv