!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Qərb arasında sıxışan Paşinyan: Kreml İrəvanı necə cəzalandıracaq? - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Ermənistana verəcəyi ən böyük cəza onu Azərbaycan qarşısında tək qoymaq olacaq”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri hansı yöndə inkişaf etdirəcəyik haqqında danışan politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, erməni cəmiyyətinin Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı birmənalı mövqeyi yoxdur:

“Paşinyan 2 il öncə 44 günlük müharibədə Azərbaycana məğlub olmasına baxmayaraq, yenidən seçildi. Belə hallara tarixdə çox az rastlanır. Lakin Paşinyan seçicilərinə verdiyi vədlərə tam əməl etmədi. Paşinyan hökuməti korrupsiyaya qarşı çıxa, müharibənin Ermənistan iqtisadiyyatına vurduğu zərbəni azda olsa, aradan qaldıra bilmədi.

Qərbin yetişdirməsi olan Paşinyanın Ermənistanda hakimiyyətə gətirilməsinin səbəbi hər kəsə məlumdur: Rusiyanın Ermənistana olan təsir imkanlarını minimuma endirmək və təsir dairəsindən çıxartmaq. Bu planları Rusiya da gözəl başa düşür. 44 günlük müharibədə Ermənistanın müttəfiqi olan Rusiyanın ona düz-əməlli silah-sursat yardımı etməməsinin və Azərbaycanın qarşısında tək buraxmasının səbəbi budur. Rusiya istəsə, Ermənistana hərtərəfli dəstək verə bilərdi.

Ermənistan iqtisadiyyatının 80 faizi Rusiyadan asılıdır. Bunu anlayan Paşinyan Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyir. Əgər bu müharibədə Ukraynanı dəstəkləyən Qərb qalib gələrsə, Ermənistan Rusiyanın təsirindən tam çıxmağa qərar verə, Qərbin sifarişlərini yerinə yetirməyə hazır dayana bilər. Əgər əksi yaşanarsa, Rusiyanın Ermənistana verəcəyi ən böyük cəza onu Azərbaycan qarşısında tək qoymaq olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv