!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Qərbin Qarabağda kəsişən mənafeyi: "Azərbaycan ortaya sərt siyasi iradə qoydu və..."

!Reklam – Yazi

“Başqa yerdən gələn ermənilərin Qarabağ ermənilərinin adından danışmaq hüququ yoxdur”.

Bu sözləri Vardanyanın separatçı rejimdən göndərilməsi və bundan sonra baş verə biləcək prosesləri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Vardan məsələsində Azərbaycan ortaya sərt siyasi iradə qoydu və buna da nail oldu:

“Sülhyaratma prosesinə gəldikdə Qərbin variantı gündəmdədir. Ermənistan da bunu müdafiə edir. Azərbaycan Qarabağdakı erməni icmasının nümayəndələri ilə görüşə hazır olduğunu bildirib. Bir şərtlə ki, görüşəcək şəxslər Qarabağda doğulmalı və böyüməli idilər. Başqa yerdən gələn ermənilərin Qarabağ ermənilərinin adından danışmaq hüququ yoxdur. Azərbaycan Qarabağdakı ermənilərin təhlükəsizliyinə və insan hüquqlarına tam zəmanət verir.

Gələcəkdə ola bilsin ki, Azərbaycanın götürəcəyi öhdəliklərlə bağlı beynəlxalq qurumların komisarlıq səviyyəsində Qarabağda olmasına razılıq versin.

“Hesab edirəm ki, Rusiya bu məsələlərdə konstruktiv rol oynaya bilmir. Rusiyanın xarici işlər naziri Bakıya gəlir, onun hansı bazarlığa gəlməsini söyləmək çətindir. Zənnimcə, baş verənlərin hamısını Rusiya onun regiondan vurulub çıxarılması kimi başa düşür. Ona görə də birinci növbədə Ermənistana qəzəblidir. Müəyyən qəzəb və inciklik elementləri Azərbaycana da ola bilər. Rusiya haqq-nahaq istəyir ki, vasitəçilik missiyasını mənimsəsin. Bu mənimsəmə prosesində də Azərbaycanla Ermənistanı həmişə qarşıdurma mövqeyində saxlasın.

Qərb bizim regionda əminamanlıq istəyir. Qərbin bölgə ilə bağlı geo-siyasi maraqları ola bilər. Rusiya buna da düşmənçilik kimi baxır. Rusiya özünə çəki düzən vermək yerinə, təhdid xətti seçib”.

Səxavət Məmməd

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv