!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə savaşan Ukraynaya ən çox hansı ölkə yardım göstərir? – SİYAHI

!Reklam – Yazi

Hərbi təcavüzə məruz qalan Ukraynaya ən çox yardım göstərən ölkələrin siyahısı açıqlanıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu istiqamətdə araşdırmanı Almaniyanın Kil Universitetinin mütəxəssisləri aparıblar.

Araşdırma zamanı dünya ölkələrinin Ukraynaya göstərdikləri yardımın onların ayrılıqda ümumi daxili məhsulundakı (ÜDM) nisbəti müəyyən edilib.

Əldə edilən nəticələrə əsasən, siyahıda ilk yeri Estoniya tutub. Bu ölkənin Ukraynaya göstərdiyi hərbi, maliyyə və humanitar yardımın dəyəri ölkənin ÜDM-nin 0,8 faizi həcmində olub.

Siyahıda ikinci yeri Polşa (ÜDM-nin 0,2 faizi), üçüncü yeri isə Litva (ÜDM-nin 0,05 faizi) tutub.

Növbəti yerdə Ukraynaya S-300 raketləri verən, “Zuzana” artilleriya sistemləri satmağın mümkünlüyünü nəzərdən keçirən Slovakiya qərarlaşıb. Ondan sonra isə təqribən 0,05 faizlik göstərici ilə İsveç və ABŞ gəlir.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv