!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparıldı

!Reklam – Yazi

Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi olub.

Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi çərçivəsində on hərbi əsirin azad edilməsi üçün vasitəçilik səyləri uğurlu olub.

“Azad edilən hərbi əsirlər arasında Mərakeş, ABŞ, Böyük Britaniya, İsveç və Xorvatiya vətəndaşları var.

Səudiyyə Ərəbistanının müvafiq orqanları əsirləri Rusiyadan təhvil alıb və onların öz ölkələrinə təhlükəsiz qayıtması üçün prosedurları həyata keçirir”, XİN-in məlumatında qeyd olunub.

www.yenicag.az

142
Ads
www.veteninfo.com
!Reklam – Arxiv