!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya iqtisadiyyatı ÇÖKƏCƏK? - Aİ-dən XII paket sanksiya gəlir

!Reklam – Yazi

“Bu sanksiyalar daha çox spesifik sənaye istiqamətlərinə və digər ölkələrin sanksiya təsirlərinin azadılması məqsədilə digər ölkələrin yardım imkanlarının qarşısının alınmasına yönəlib”.

Bu sözləri Avropa İttifaqının Rusiyaya qarşı 12-ci sanksiya paketini hazırlamasına münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, bu qərarların mərhələli şəkildə qəbul edilməsi və Rusiyanın işğalçı siyasətinin mümkün maliyyələşdirmə yollarının məhdudlaşdırılmasıyla prosesi qlobal maraqlar çərçivəsində həll edilməsi hədəflənib:

“Ümumiyyətlə, Rusiya-Ukrayna konflikti davam etdiyi müddətdə sanksiyaların mərhələli şəkildə dərinləşdirilməsi siyasəti həyata keçirilir. Eyni zamanda bu, həm Avropa iqdisadiyyatını, həm də qlobal iqtisadiyyatı adı çəkilən sanksiyaların təsirlərinə hazırlamaq xüsusiyyəti daşıyır. Qeyd etmək lazımdır ki, bu qərarların mərhələli şəkildə qəbul edilməsi və Rusiyanın işğalçı siyasətinin mümkün maliyyələşdirmə yollarının məhdudlaşdırılmasıyla prosesi qlobal maraqlar çərçivəsində həll edilməsi hədəflənib.

Düşünürəm ki, 12-ci paket sanksiya qeyri-müəyyən müddətdə öz təsirini göstərəcək. Bu sanksiyalar daha çox spesifik sənaye istiqamətlərinə və digər ölkələrin sanksiya təsirlərinin azadılması məqsədilə digər ölkələrin yardım imkanlarının qarşısının alınmasına yönəlib. Bu o deməkdir ki, əgər sanksiya paketi nəzərdə tutulduğu səviyyədə qəbul edilərsə, bunun əhəmiyyətli təsirlərindən yayınmaq Rusiya üçün asan olmayacaq.”

Yusif Səmədzadə

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv