!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya iqtisadiyyatına kəsilən ÖLÜM HÖKMÜ: Oliqarxların İstanbula axışı nə vəd edir? - AKTUAL

!Reklam – Yazi

Ukraynaya hərbi təcavüzə başlayan Rusiyaya qarşı günü-gündən sərtləşdirilən beynəlxalq sanksiyalar ölkə iqtisadiyyatını fəlakət həddinə çatdırıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin tanınmış politoloqu, Rusiya üzrə mütəxəssis Aydın Sezər yerli mediada beynəlxalq sanksiyaların sözügedən ölkənin iqtisadiyyatına təsirini və bu çərçivədə cərəyan edən prosesləri dəyərləndirib.

Sezərin fikrincə, “Microsoft”dan “Apple”a, “Nike”dan “Prada”ya qədər böyük şirkətlərin Rusiya bazarını tərk etməsi fərqli məna daşıyır:

“Əslində, adları çəkilən şirkətlərin bu addımı Rusiyaya qarşı tətbiq olunan embarqodan qaynaqlanır. Yəni onlar embarqo şəraitində texniki baxımdan fəaliyyət göstərə bilməzlər. Mənə belə gəlir ki, o şirkətlər öz öhdəliklərini və məcburiyyətlərini qarşıdakı dönəmdə Rusiya məhkəmələrində tərəf olacaqları zaman “fors-major”la əlaqələndirməyə çalışacaqlar.

Digər tərəfdən, Qərbin bu sanksiyalarla Putinə, yoxsa rus xalqına müharibə elan etdiyini də dəqiqləşdirmək lazımdır. Bu embarqolar hazırda rus xalqına qarrşı müharibə həddinə gəlib. Beynəlxalq şirkətlərin öz fəaliyyətlərini dayandırmaları, onların malik olduqları fondun Rusiya iqtisadiyyatına keçməsi nəticəsini doğurur. Çünki şirkətlər öz fondlarını satıb xaricə çıxara bilmirlər.

Həmin şirkətlərdə işləyən minlərlə rus bu prosesin qurbanı oldu. Qərbdə hesab edirlər ki, sanksiyalar vasitəsilə rus xalqını Putinə qarşı küçələrə çıxarmaq mümkün olacaq. Amma sanksiyalar bu an üçün o gözləntiləri doğrultmayacaq”.

Ekspert əlavə edib ki, yaranmış şəraitdə Rusiya oliqarxiyasının, demək olar, bütün nümayəndələri İstanbuldadır və onlar hazırda investisiya imkanlarını dəyərləndirirlər:

“Türkiyə İran körfəzi ölkələri və ya Çinlə müqayisədə coğrafi baxımdan Rusiyaya çox yaxın ölkədir. Son bir həftə ərzində Qərb və Rusiya şirkətlərinin Türkiyədəki əməliyyatlara ehtiyac yaranacağı təqdirdə nə edəcəkləri ilə bağlı araşdırma apardıqlarını bilirəm. Bu isə şirkətlərin əl dəyişdirməsi, ofis, yaxud da investisiya vasitələrinin qiymətinin artması ilə nəticələnə bilər”.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv