!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya iqtisadiyyatında XAOS: Sənaye müəssisələrinin 75%-də işçi ÇATIŞMIR

!Reklam – Yazi

Rusiyada sənaye müəssisələrinin 75%-də işçi çatışmazlığı yaşanır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, polad istehsalında ən qıt peşələr dəzgahçı, xarrat, metal emalçısı və avtomatlaşdırılmış istehsal xətti operatorudur.
Bu barədə robototexnika sənayesində aparıcı şirkət olan Technored qrupuna daxil olan “Technored Robotics Academy”nin araşdırmasında qeyd edilir.

Sorğuda iştirak edən işəgötürənlərin üçdə bir hissəsindən çoxu bu ixtisaslar üzrə işçi çatışmazlığını etiraf edir. Eyni zamanda, bu gün bütövlükdə sənaye istehsalının 75 faizində işçi çatışmazlığının yaşandığı bildirilir. Respondentlərin 95 faizi kadr çatışmazlığının il ərzində daha çox nəzərə çarpdığını təsdiqləyib. Bununla yanaşı müəssisələrdə ixtisaslı işçilərə, həmçinin aşağı ixtisaslı işçilərə ehtiyac duyulur.
Araşdırmaya əsasən gənc kadrların kifayət qədər axını olmadığı üçün istehsalatda çalışan işçilərin orta yaşı artmaqda davam edir. Belə ki, respondentlərin 79 faizi müəssisələrdə 35 ildən artıqdır ki, işlədiyini bildirib.

Ümumilikdə, Rusiya ərazisində metallurgiya, maşınqayırma, tibbi avadanlıq istehsalı və digər sənaye sahələrində fəaliyyət göstərən 100 Rusiya sənaye müəssisəsi araşdırılıb. Qeyd edək ki, sözügedən tədqiqat 2023-cü ilin iyun-iyul aylarında aparılıb.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv