!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-İran GƏRGİNLİYİ: “İki neo-imperialist maraqları olan dövlətin birgə fəaliyyəti...” - RƏY

!Reklam – Yazi

“Fars körfəzində yerləşən adalarla bağlı gərginlik qısa müddət ərzində diplomatik səfərlər sayəsində aradan qaldırılacaq. Və bu günə qədər olduğu kimi indidən sonra da iki neo-imperialist maraqları olan dövlətin birgə fəaliyyəti yenidən bərpa olunacaq”.

Bunu cənub və şimal qonşumuz arasında yaranan gərginliyin Azərbaycana təsirindən, Azərbaycanın Cənubi Qafqazda artan nüfuzundan danışan politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, son zamanlar İran Azərbaycanla münasibətləri normallaşdırmaq üçün bir sıra addımlar atır:

“Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı fikirləri fon olaraq qəbul etsək, İranın Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səyləri müşahidə olunur. Bəli, Azərbaycan artıq İranı, özünün irəli sürdüyü, beynəlxalq hüquqa uyğun tələblərin yerinə yetirilməsinə məcbur edir. Bu mənada hazırdakı proseslər İran-Azərbaycan münasibətlərinə, xüsusilə də Azərbaycanın bölgəyə təsir imkanlarına müəyyən mənada müsbət təsir göstərə bilər.

Son zamanlar isə Rusiya və İran arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. Lakin bir maraqları olan bu iki ölkə arasında əlaqələrin tamamilə qopmasını proqnozlaşdırmaq qeyri-realdır.
İranın həm də Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibədə əsas müttəfiqlərindən biri olduğunu nəzərə almaq lazımdır. Rusiya İran ilə münasibətləri sona qədər gərginləşdirməkdə maraqlı deyil. Fars körfəzində yerləşən adalarla bağlı gərginlik qısa müddət ərzində diplomatik səfərlər sayəsində aradan qaldırılacaq. Və bu günə qədər olduğu kimi bundan sonra da iki neo-imperialist maraqları olan dövlətin birgə fəaliyyəti yenidən bərpa olunacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv