!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya İran PUA-larını psixoloji silah kimi istifadə edir - Pentaqon

!Reklam – Yazi

Rusiyanın Ukraynanı İranın pilotsuz uçan aparat (PUA) sistemləri ilə hədəfə aldığı və İran əsgərlərinin rus əsgərlərinə PUA-ları öyrətdiyi təsdiqlənib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general mayor Patrik Rayder ənənəvi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Rusiya Ukraynada İran PUA-larından psixoloji silah kimi istifadə edir, lakin bu sistemlər Moskvanın quruda Kiyevə qarşı mövqelərini itirməsi faktını dəyişdirmir:

“Biz İranın təkcə Yaxın Şərqdə deyil, digər bölgələrdə də terrorun ixracında şərik olduğunu görməkdə davam edirik. Dronların təsirinə gəlincə, bunlar qorxu yaratmaq üçün psixoloji silah kimi istifadə olunur. Lakin bu, Rusiyanın əməliyyat baxımından mövqelərini itirməsi faktını dəyişdirmir”.

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv