!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya İran PUA-larının ümidinə qalıb? – ABŞ rəsmisindən ilginc AÇIQLAMA

!Reklam – Yazi

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İranın Rusiyaya çox sayda PUA verəcəyini bildirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ rəsmisi İranın Rusiyaya yüzlərlə PUA verəcəyini və Rusiya hərbçilərinə bu yöndə təlim keçəcəyini iddia edib.

Sallivanın sözərinə görə, bu informasiya İran rəsmilərindən əldə edilib. Rəsmi Tehran ABŞ-nin qeyd olunan iddiasına dərhal reaksiya verib.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nəsr Kənani bildirib ki, ölkəsinin Rusiyaya çox sayda PUA verəcəyinə dair məlumat həqiqətdən uzaqdır.

O əlavə olaraq qeyd edib ki, İran və Rusiya arasında müasir texnologiyalar üzrə əməkdaşlığın əsası Ukrayna müharibəsindən çox əvvəl qoyulub və son vaxtlar bu sahədə heç bir irəliləyiş yoxdur.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv