!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya İrəvana bir daha xəbərdarlıq etdi

!Reklam – Yazi

Ermənistan parlamenti ölkənin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov deyib.

“Anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərlə bağlı Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Güman edirik ki, erməni həmkarlarımızın bu addımı antirusiya kontekstinə malik deyil. Lakin buna baxmayaraq, praktikada Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. İrəvanı Roma Statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə nəzərdən keçirməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq”, – o bildirib.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi 24 mart 2023-cü il tarixli qərarında Roma Statutunun ölkə konstitusiyasına zidd olmadığını bildirib.

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv