!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya isterik vəziyyətdə danışıqların başlamasını tələb edir” – ŞƏRH

!Reklam – Yazi

“Baxın, dünən müharibənin miqyasının böyüdülməsindən danışan Lavrov indi danışıqların zəruriliyindən dəm vurur”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynaya hərbi təcavüzü davam etdirən Rusiyanın artıq çıxılmaz vəziyyətə düşərək danışıqların başlamasına can atmasını dəyərləndirən politoloq Andrey Piontovski deyib.

Politoloqun fikrincə, Rusiyanın Odessa şəhərini yenidən atəşə tutması Kremlin artıq öz məğlubiyyətini görməsinin nəticəsidir:

“Rusiya Ukraynaya qarşı müharibəyə öz nizami ordusunun 85 faizini cəlb edib. Bu, Rusiya tərəfindən məğlubiyyətin etirafı deməkdir.

Rusiyanın Odessanı atəşə tutması və isterik vəziyyətdə danışıqların başlamasını tələb etməsi də bu anlama gəlir.

Bu davranışlar o deməkdir ki, Rusiya müharibəni uduzub və onun strateji perspektivi qalmayıb.

Baxın, dünən müharibənin miqyasının böyüdülməsindən danışan Lavrov indi danışıqların zəruriliyindən dəm vurur”.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv