!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya istəyinə nail oldu: "Tokayev Kremlin Qazaxıstandakı canişinidir"

!Reklam – Yazi

“Tarix və qazax xalqı Tokayevi bağışlamayacaq”.

Bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi kontingentinin 10 gün ərzində Qazaxıstanı tərk etməsi ilə bağlı gözləntini dəyərləndirən politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, postsovet ölkələrindəki siyasi sistemlər çox oxşardır, bu sistemlərdə kənar dəyişikliklər mümkün deyil:

“Qoşunların çıxarılması bu gün yanvarın 13-dən başlayır. İlk çıxarılanlar erməni və belarus hərbi kontingentidir. Aydın məsələ idi ki, Qazaxıstan kimi dövləti cəmi 5000-ə yaxın hərbi qrupla işğal etmək ciddi yanaşma deyil. Sadəcə öz xalqına atəş açmayan qazax güc və təhlükəsizlik orqanlarının əvəzinə, bunu istənilən vaxt hamıya və hər yerdə atəş açmağa qadir erməni və rusiya hərbi birləşmələri etdi. Nəticədə Tokayev cəmi üç günə hökumət və iqtisadiyyatdakı Nazarbayev klanından qurtuldu”.

Yeganə Hacıyeva qeyd edib ki, bu məsələdə Rusiyanın verdiyi əsas mesaj istənilən ölkədə hakimiyyətdaxili hesablaşmalara girərək vəziyyəti öz favoritinin xeyirinə dəyişə biləcəyidir:

“İndi Tokayev Qazaxıstan prezidenti deyil, Kremlin Qazaxıstandakı canişinidir. “Otur” deyəcəklər oturacaq, “dur” deyəcəklər duracaq. Bunu Tokayevə tarix və qazax xalqı bağışlamayacaq. Ümumilikdə Qazaxıstanda baş verənlər prosesdə kənar güclərin iştirakı və istifadəsi faktorları var. Nəticədə proseslər xəttlər üzrə davam edir və edəcək”.

Gülşən Şərif

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv