!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya Krım körpüsünün intiqamını bu cür almalıdır" – Rusiyalı polkovnik

!Reklam – Yazi

“Rusiya Krım körpüsünün partladılmasına cavab olaraq Ukrayna Baş Kəşfiyyat İdarəsinin qərargahını məhv etməlidir”.

Yenicag.az xəbər verir ki, bunu “Rusiya zabitləri” Ümumrusiya təşkilatının rəyasət heyətinin üzvü polkovnik Leon Arzanov deyib.

O, bildirib ki, Ukrayna hakimiyyəti Rusiyaya hərbi-texniki zərər vurmağa çalışmır:

“Dinc əhalini qorxutmaq üçün psixoloji əməliyyat kimi dəqiq terror zərbələri endirməkdə davam edir.

Ortaya belə bir sual çıxır: Ukraynanın terror hücumlarına cavab olaraq nə etməliyik?

Bugünkü terror aktını planlaşdıran Ukraynanın Baş Kəşfiyyat İdarəsinin qərargahına sarsıdıcı zərbə endirmək lazım olduğunu hesab edirəm.

Əlavə olaraq isə, ABŞ və Avropanın Ukrayna Silahlı Qüvvələrini silahla təmin etdiyi Ukrayna ərazisində yerləşən bütün körpüləri dağıtmaq lazımdır.Ən sərt şəkildə Rusiyanın adekvat cavabı olacaq.

2022-ci il oktyabrın 7-də körpüdə törədilən terror aktından sonra Rusiya cavab addımı atıb. İndi də eyni şəkildə cavab tədbirləri görüləcək.

Rusiyanın bu terrora qarşı cavab zərbələrinin gücü artırılmalıdır. Bu hadisəni törədənləri cəzasız saxlamaq yolverilməzdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv