!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya MN-dən gözlənilməz AÇIQLAMA: "Azərbaycanda doğan haqlı etirazların qarşılığında..." - RƏY

!Reklam – Yazi

İlk dəfədir ki, Rusiya Müdafi Nazirliyinin rəsmi açıqlamasında Azərbaycan Respublikasının sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan ərazisində atəşkəsin ermənilər tərəfindən pozulduğu bildirilir. Atəşkəsin məhz qanunsuz erməni hərbi birləşmələri tərəfindən pozulduğu şübhə doğurmasa da, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında reallığın olduğu kimi ifadə olunması Azərbaycan cəmiyyətində təəccüblə qarşılanıb. Hər kəs Rusiya Müdafiə Nazirliyinin hansı səbəblərdən obyektiv informasiya yaydığını təxmin etməyə çalışır.

Yenicag.az xəbər verir ki, politoloq Elçin Mirzəbəyli Rusiya Müdafiə Nazirliyinin həqiqəti olduğu kimi, yaxud qismən ifadə etməsinin bir neçə səbəbi olduğunu bildirib.

Politoloq bu səbəbləri belə qruplaşdırıb:

“- Sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərdə qanunsuz hərbi birləşmələrin həyata keçirdikləri davamlı təxribatların qarşısının alınmamasının Azərbaycanda doğurduğu haqlı etirazlarının qarşılığında vəziyyəti qismən də olsa, yumşaltmaq;

– Erməni separatçılarının, həmçinin Marqarita Simonyan kimi təbliğatçı-təxribatçıların guya Rusiyaya dəstək xarakteri daşıyan, əslində isə, sülhməramlıların missiyasını tamamilə şübhə altına alan davranışlarını balanslaşdırmaq, bu təxribatlarda Rusiya tərəfinin yer almadığı görüntüsünü yaratmaq;

– Nikol Paşinyanın və digərlərinin sülhməramlıların ünvanına səsləndirdikləri ittihamların, eləcə də üçüncü qüvvələrin prosesə cəlb edilməsi istiqamətində atılan addımların qarşılığında Ermənistana xəbərdarlıq etmək.

Bununla yanaşı, düşünürəm ki, sözügedən açıqlamanın növbəti addımlar üçün əlverişli fonun yaradılmasına xidmət etdiyi ehtimalını da diqqətdən qaçırmaq lazım deyil”.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv