!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya MN-dən Laçınla bağlı AÇIQLAMA

!Reklam – Yazi

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə jurnalistlərə açıqlama verib.

Yenicag.az xəbər verir ki, İ. Konaşenko Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verildiyini bildirib:

“Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”.

Rəsmi nümayəndə Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu da söyləyib: “Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”.

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv