!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya müsəlman əsirləri dəyişdirməkdən İMTİNA ETDİ - SİYAHI

!Reklam – Yazi

Ukrayna iddia edir ki, Rusiya müsəlman əsirləri dəyişdirməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Mən yaşamaq istəyirəm” layihəsi Ukrayna tərəfinin heç bir şərt olmadan Rusiyaya qayıtmağı təklif etdiyi 125 rusiyalı müsəlman hərbi əsirlərin siyahısını dərc edib.

Rusiya tərəfi Ramazan bayramı ərəfəsində müsəlmanları əsir götürməyəcəyini iddia edib. Lakin Ukraynanın bayram münasibətilə müsəlman əsirləri dəyişdirmək təklifini rədd edib.

“Ukrayna İslam mədəniyyətinə və ənənələrinə hörmət əlaməti olaraq Rusiya tərəfinə mübadiləsiz müsəlman hərbi əsirlərin təhvil verilməsini təklif edib, lakin təklifimiz rədd edildi. Keçən il olduğu kimi”, – məlumatda deyilir.

Xuraman Etibarlı

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv