!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya nə müharibə, nə sülh istəyir: Ermənistanın daxilində vəziyyəti qarışdırma addımlarının SƏBƏBİ açıqlandı

!Reklam – Yazi

“Paşinyanın Rusiya və Qərb arasında ikili oyun oynaması, Vaşinqtonu Cənubi Qafqaz regionunda baş verən proseslərə cəlb etməyə çalışması rəsmi Moskvanın regiondakı maraqlarına tam ziddir”.

Bunu Ermənistanda ölən əsgərin anası Qayane Akopyanın həbsinə münasibət bildirən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın “hakimiyyət bu işlərinə davam edərsə, ölkəmizi daha acınacaqlı gələcək gözləyir” açıqlamasını şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Rusiyadan asılı vəziyyətə düşəcək addımlar atmır:

“Paşinyanın bu addımları Rusiyanın siyasi-hərbi rəhbərliyini ciddi şəkildə narahat edir. Paşinyanın Rusiya və Qərb arasında ikili oyun oynaması, Vaşinqtonu Cənubi Qafqaz regionunda baş verən proseslərə cəlb etməyə çalışması, həmçinin öz ərazilərini Avopa İttifaqının müşahidə missiyası adı altında hansısa casus şəbəkələrinə peşkəş etməsi Rusiyanın regiondakı maraqlarına tam ziddir.
Bu nüansları nəzərə alan Rusiya Ermənistanın daxilində vəziyyəti qarışdırmaq istəyir. Əlavə olaraq, Paşinyana qarşı yeni cəbhə formalaşdırmaq istəyi də gözdən qaçmır. Bu isə Rusiyanın yeni deyil, çoxdankı arzusudur. Hətta növbədənkənar parlament seçkilərində Ermənistanda vəziyyəti qarışdırmaq üçün Rusiya bu kartdan geniş şəkildə istifadə etməyə çalışırdı. Və heç zaman bu niyyətindən imtina etməyib.

Bu gün Ermənistanda Paşinyanın oğlunun qaçırılması, ölən hərbçilərin ailələrinin hökumətə qarşı üsyanları planlı şəkildə təşkil edilmiş hadisələrdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv