!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ordusu üçün mühasirə RİSKİ: Dağıdılan “Antonov körpüsü” ilə hərəkət məhdudlaşıb

!Reklam – Yazi

Ukrayna artilleriyasının dəqiq zərbəsi ilə demək olar, dağıdılan “Antonov körpüsü” Xerson istiqamətindəki Rusiya qüvvələri üçün mühasirə riski yaradıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, sözügedən körpünün yararsız hala düşməsi Ukraynanın Xerson vilayətində cəmləşən Rusiya ordu bölmələrinin hərəkətini böyük ölçüdə məhdudlaşdırıb.

Bu barədə açıqlama verən Xerson Vilayət Şurası sədrinin müavini Yuri Sobolevskinin sözlərinə görə, ruslar geri çəkilmək üçün logistikadan tamamilə məhrum ola bilərlər:

“Reallıq bundan ibarətdir ki, işğalçılar və onların təəssübkeşləri tezliklə təchizatsız təşkil olunmuş qaydada geri çəkilmək üçün yollardan məhrum ola bilərlər.

Bu durumdan sonra Rusiya pasportu almağa tələsən vətəndaşlarımız da artıq düşünməyə başlayıblar. Dostlar, Ukrayna ordusu yaxındadır”.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv