!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya ordusu Xersonu tərk etmək üçün variantlara baxır” – Aleksey Arestoviç

!Reklam – Yazi

Ukrayna rəsmisi Rusiya ordusunun işğal etdiyi Xerson şəhərindən çıxmağa hazırlaşdığını bildirib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç rusiyalı hüquqşünas Mark Feyqinlə söhbətində işğalçı ordunun artıq Xersondan çəkilmək hazırlığında olduğunu bəyan edib.

Arestoviçin ehtimalına əsasən, Rusiya ordusu Xersondakı Antonov körpüsündən keçməklə, vilayəti tərk etməyə hazırlaşır:

“Rusiya ordusu geri çəkilməklə əlaqədar görülməli olan mühəndis işlərinin sınağını keçirir. Antonov körpüsü bu məsələdə onlar üçün çox vacibdir. Onların başqa variantları yoxdur.

Rusiya ordusunun geri çəkiləcəyini təsdiqləyən əlamətlər artmaqdadır. Mən yüz bir faiz əminəm ki, onlar xəyalən Xersonu təslim edirlər”.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv