!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya ordusunda elit qoşunların şəxsi heyətinin 70-80 faizi məhv edilib” – General İDDİASI

!Reklam – Yazi

“Ukraynanın müdafiə qüvvələri Rusiya ordusunu əhəmiyyətli dərəcədə zəiflətməyə nail olublar”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya ordusunun döyüş qabiliyyətini şərh edən Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəisi, ordu generalı Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, istənilən şəraitdə düşməni qiymətləndirmək olmaz:

“Ukraynanın müdafiə qüvvələri Rusiya ordusunun şəxsi heyətini əhəmiyyətli dərəcədə zəiflətməyə nail olublar. Yalnız son iki ayda Rusiya ordusunun xüsusi təyinatlı altı briqadası məhv edilib.

Yəni Rusiya ordusu tam məhv edilməsə də, şəxsi heyət baxımından xeyli zəiflədiyi dəqiqdir. Məlumata görə, Ukrayna qüvvələri gün ərzində Rusiya ordusunun 500-1100 hərbçisini zərərsizləşdirir.

Ümumi götürdükdə, Rusiya ordusunda elit qoşunların şəxsi heyətinin 70-80 faizi neytrallaşdırılıb. Bununla belə, düşməni qiymətləndirməmək olmaz. Rusiyanın hələ ki gücü və imkanları var”.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv