!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ordusunun 64 km-lik hərbi karvanı meşəlik ərazilərə dağılıb - FOTO

!Reklam – Yazi

Ukrayna mətbuatında Rusiya ordusunun peykdən çəkilmiş yeni görüntüləri yayılıb.

Yenicag.az xəbər verir ki, ötən gün çəkilmiş yeni peyk görüntüləri onu deməyə əsas verir ki, Kiyevdən şimal-qərbdə, 64 kilometrdən çox uzanan Rusiya hərbi karvanı yerdəyişmə edərək ətraf əraziyə dağılıb.

Mənbə qeyd edir ki, peykdən çəkilmiş görüntülər göstərir ki, hərbi karvanın bəzi hissələri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə doğru istiqamətlənib.

Artilleriya və digər texnika “Antonov” aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka kəndi yaxınlığında, seyrək ağac kolluğunda gizlənib.

Digər peyk məlumatına görə, Rusiya ordusuna məxsus texnika, bir neçə yanacaq daşıyan maşın və çoxlu raket sistemləri Berestyankada, aviabazadan təqribən 15 kilometr qərbdə, ağacların yaxınlığında, sahədə dayanıb.

İvankov qəsəbəsinin cənub-şərqində isə 60 kilometrlik hərbi konvoya aid bir neçə yük maşını və texnika hələ də yolun hərəkəti istiqamətində görünür.

 

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv