!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ordusunun durumu və Şoyqunun “nikbinliyi”: “Bu həm daxili auditoriyaya, həm də Ukraynaya yönələn...” – ŞƏRH

!Reklam – Yazi

“Aydın məsələdir ki, Rusiya ordusundakı nöqsanlar açıq toplantılarda müzakirəyə çıxarılmaz”.

Bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qurumun genişləndirilmiş kollegiya iclasında ölkə ordusunun vəziyyəti haqda yüksək fikirlər səsləndirməsinin nə dərəcədə əsaslı olmasına münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib:

Onun sözlərinə görə, indiki şəraitdə Rusiya ordusunun durumuna birmənalı qiymət vermək kifayət qədər çətindir:

“Əlbəttə, Rusiya müdafiə nazirinin başçılıq etdiyi ordu haqqında müsbət fikirlər bildirməsi təbiidir. Aydın məsələdir ki, Rusiya ordusundakı nöqsanlar açıq toplantılarda müzakirəyə çıxarılmaz.

Ancaq Şoyqunun ordu barəsində pozitiv danışmasına da birmənalı münasibət bildirmək çox çətindir. Əvvəla, nəzərə almaq lazımdır ki, məlum geriçəkilmələrə baxmayaraq, Rusiya ordusu Ukrayna ərazisinin müəyyən hissəsini nəzarətə götürüb. Bu isə o deməkdir ki, ordu qarşıya qoyulan tapşırığı tam da olmasa, yerinə yetirib.

Yəni indiki şəraitdə Rusiya ordusunun zəif olduğunu söyləmək doğru deyil. Bu günlərdə NATO generallarından biri də demişdi ki, əgər Rusiya ordusu zəifdirsə, niyə hələ də məğlub edilməyib? Obyektiv sualdır.

Çünki bilirik ki, Ukrayna tərəfdə NATO ölkələrinin təlimatçıları işləyir, çox sayda könüllü və muzdlu əsgərlər döyüşür, Ukraynaya on milyardlarla dollar dəyərində silah-sursat yardımı göstərilir. Yəni Rusiyanın qarşısında geniş koalisiya dayanıb.

Ona görə də Rusiya ordusunun real gücü haqqında müharibənin qış kampaniyası dövründə, hətta ola bilsin, daha sonrakı dövrdə daha konkret danışa biləcəyik. Şoyqunun məlum fikirlərinə gəldikdə isə bu, həm daxili auditoriyaya, həm də Ukraynaya yönələn bir mesajdır”.

A.Zeynalov

www.yenicag.az

1991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv