!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya orduya "iPhone" və "iPad"i QADAĞAN ETDİ: Şimal qonşumuz nədən NARAHATDIR?

!Reklam – Yazi

Artan casusluq hadisələrinin qarşısını almaq üçün fəaliyyətin davam etdiyi bir vaxtda Rusiya öz ordusuna “iPhone” və “iPad” istifadəsini qadağan edib.

Yenicag.az xəbər verir ki, bu haqda Rusiyanın rabitə və kütləvi informasiya vasitələri naziri Maksut Şadayev məlumat verib.

O bildirib ki, Rusiya ordusunda xidmət edən şəxslərə hərbi fəaliyyət göstərərkən “iPhone”dan istifadə qadağan edilib.

Rəqəmsal konfransda jurnalistlərə: “Smartfon və planşetlərə, biznes proqramlarına və işgüzar e-poçt mübadiləsinə daxil olmaq üçün (“Apple”) mobil cihazlarından istifadə qadağan edilib”, – deyib.

Nazirlik qadağanı Rusiyanın əsas daxili təhlükəsizlik xidməti FTX-nin ABŞ-nin casus əməliyyatı nəticəsində minlərlə Apple cihazının ələ keçirildiyini iddia etməsindən iki ay sonra qoyub.
Apple isə Rusiyanın iddialarını rədd edib.

Nəsimi Ələsgərli

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv