!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Özbəkistana qaz nəqlini artırır

!Reklam – Yazi

Rusiya Özbəkistana bu ölkədən keçən “Mərkəzi Asiya-Mərkəz” (CAC) Qaz Boru Kəməri ilə tranzitini artırmaq niyyətindədir.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qazprom” Özbəkistanla imzalanan yeni müqaviləyə əsasən qaz tədarükünü 6 milyard kubmetr artırmağı nəzərdən keçirir.

Bu yolla sözügedən ölkəyə qaz tranziti gün ərzində təqribən 18 milyon kubmetr həcmində müəyyənləşdirilə bilər. Həmçinin bu kəmər vasitəsilə Qazaxıstana da qaz nəqli artırılması gözlənilir.

Analitiklərin fikrincə, bu artım Özbəkistana öz ehtiyaclarını ödəməyə imkan verəcək. Lakin bu, Çinə qaz ixracı müqaviləsini tam yerinə yetirmək üçün kifayət etməyəcək.

Qeyd edək ki, rəsmi Pekin və Daşkənd ildə 10 milyard kubmetrə qədər qazın tədarükünə dair müqavilə imzalayıb, lakin bu həcmlər heç vaxt tam həcmdə təhvil verilməyib.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv