!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya prezidentliyinə ilk namizəd o OLDU

!Reklam – Yazi

Rusiya Dövlət Dumasının Sağ Qüvvələr İttifaqından keçmiş deputatı Boris Nadejdin “Vətəndaş Təşəbbüsü” partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayan ilk namizəd olub.

“Vətəndaş təşəbbüsü” partiyasının siyasi şurasına namizədliyimi irəli sürmək üçün müraciət etmişəm”, – Nadejdin “Vedomosti”yə müsahibəsində deyib. Onun sözlərinə görə, partiyanın lideri Andrey Neçayev həmin xahişi qəbul edib və Nadejdinin namizədliyini təsdiqləyib.

“Bizim güclü filialları olan təxminən iyirmi rayonumuz var. İstənilən halda imzatoplama və təşviqat üçün eyni zamanda qərargahlar yaradılır”, – deyə o, əlavə edib.

Namizədliyi irəli sürmək üçün 100 min imza toplamaq lazımdır. Qeyd olunur ki, hər rayonda 2500-dən çox imza olmamalıdır. Nadejdin 53 regionda imzatoplama qərargahının fəaliyyət göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, “Vətəndaş Təşəbbüsü” artıq 100 mindən çox əhalisi olan şəhərlərin siyahısını hazırlayıb. O, Qafqazda və yeni bölgələrdə imza toplaymayacağını vurğulayıb.

Nadejdin indi Moskva vilayətinin Dolqoprudnı Deputatlar Şurasının üzvüdür. O, siyasi karyerasına 1990-1997-ci illərdə deputat olduğu Dolqoprudnı şəhər sovetində başlayıb.

1997-1998-ci illərdə o, baş nazirin birinci müavini Boris Nemtsovun müşaviri, həmçinin baş nazirin və prezidentin aparat rəhbərinin hazırkı birinci müavini Sergey Kirienkonun köməkçisi olub. 1999-cu ildə “Sağ Qüvvələr Birliyi” partiyasının siyasi şurasına daxil olub, Dövlət Dumasının deputatı seçilib və onun fraksiyasının vitse-prezidenti olub.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Seçkiqabağı kampaniyanın 2023-cü ilin dekabrında başlanacağı gözlənilir./unikal

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv