!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Qərb ölkələrindən birində Ukrayna ilə danışıqlara HAZIRDIR

!Reklam – Yazi

Rusiya Qərb ölkələrindən birində Ukrayna ilə danışıqlara hazır olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “İzvestiya”ya yüksək rütbəli mənbə məlumat verib. Mənbə bildirib ki, Rusiya Ukrayna ilə Qərb ölkəsinin ərazisində danışıqlara hazırdır.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Moskva Macarıstan da daxil olmaqla Qərb ölkəsi ərazisində Kiyevlə danışıqların əleyhinə deyil. Amma əsas odur ki, Qərb və Ukrayna Rusiya ilə konstruktiv söhbətə hazır olsun.

“Biz heç kimin arxasınca qaçmayacağıq”, – mənbə deyib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin nəşrə verdiyi məlumata görə, Kiyev hələlik Qərbin son ukraynalı qalana qədər döyüşmək göstərişlərinə ciddi əməl etməyə çalışır. O qeyd edib ki, Kiyev “praktiki olaraq subyekt deyil” və özünə Moskva ilə danışıqlara qadağa qoyub. Əsas Qərbdir ki, faktiki olaraq münaqişənin davam etdirilməsini təmin edir və dialoq istəyi nümayiş etdirmir.

Xatırladaq ku, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto tərəflərin hazır olduqlarını bəyan edəcəyi təqdirdə, Budapeştin tərəddüd etmədən Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi edəcəyini bildirib.

Slovakiya Ukraynada atəşkəsin və Rusiya ilə danışıqların başlanmasının tərəfdarı olduğunu bildirib. Ölkə Xarici İşlər Nazirliyinin rəhbəri Juraj Blanar bu qərarı əsaslandıraraq bildirib ki, münaqişədə irəliləyiş yoxdur, hər iki tərəf itkilər verir.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Ukrayna ilə bağlı sülh danışıqlarından heç vaxt imtina etməyib.

Xuraman Etibarlı

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv