Rusiya qitələrarası ballistik raket təlimə başlayır

Rusiya Müdafiə Nazirliyi təlimin “Yars” qitələrarası ballistik raket sistemi, 3000-dən çox əsgər və 300-ə yaxın texnika ilə başladığını açıqlayıb.

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, strateji raket qüvvələrinin döyüş hazırlığı üzrə təlimlərə başlanıldığı bildirilib.

3 bölgədə keçiriləcək təlimə “Yars” qitələrarası ballistik raketləri, 3000-dən çox əsgər və 300-ə yaxın texnika cəlb olunub. Təlimin Rusiya ordusunun digər bölmələri, o cümlədən Hava-Kosmik Qüvvələri ilə birlikdə keçiriləcəyi, pilotsuz uçuş aparatlarından istifadənin təlimin mühüm tərkib hissəsi olacağı vurğulanıb.

Təlimdə əsgərlərin ümumi döyüş hazırlığı səviyyəsi, müasir silah və xüsusi texnikanın imkanları qiymətləndiriləcək.

Nüvə başlıqları daşıya bilən “Yars” raketləri 12 min kilometr mənzilə malikdir.

COP29