!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya real savaşda olduğu kimi, informasiya müharibəsində də uduzur” – ŞƏRH

!Reklam – Yazi

“İnsanların məlumat almaq imkanları nə qədər məhdudlaşdırılsa da, alternativ mənbələr hər zaman tapılır”.

Bu fikirləri fevralın 24-də Ukraynaya hərbi təcavüzə başlayan Rusiyada media və sosial şəbəkələr üzərində tətbiq olunan senzuranın getdikcə daha da sərtləşdirilməsinə münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın tətbiq etdiyi senzura onun Ukraynada düşdüyü vəziyyətin özünəməxsus göstəricisidir:

“Adətən, belə vəziyyətlərdə cəmiyyətin informasiya almaq imkanlarını bloklayan tərəf o məlumatların ictimailəşməsində qətiyyən maraqlı olmadığını nümayiş etdirir.

Kommunikasiyanın yazılmamımş qanunlarından biri də budur ki, əgər cəmiyyətdən gizlədiləsi nə isə varsa, o zaman mətbuat susdurulur.

Eyni zamanda, cəmiyyətin can atdığı informasiyanı başqa mənbələrdən əldə etməsinə imkan verilmirsə, bu, əlbəttə ki, səbəbsiz deyil. O baxımdan, Rusiyanın sərt senzuraya əl atmasının səbəbini bunda görürəm.

Ukraynada isə Rusiyadan fərqli olaraq, medianın fəaliyyəti məhdudlaşdırılmayıb, şəffaflıq əsasən, təmin olunur, informasiya əldə etmək hüququ qorunur.

Həmçinin Ukrayna prezidenti və yüksək vəzifəli şəxsləri də bu gərgin situasiyada belə mətbuat üçün əlçatandırlar, özləri də media ilə əlaqələrini qoruyub saxlayırlar.

Doğrudur, Ukraynada da bu əlaqələrin nümunəvi səviyyədə olduğunu söyləmək çətindir. Bununla belə, Rusiya ilə müqayisədə Ukrayna öz xalqının informasiya əldə etməsinə əngəl törətmir.

Qeyd edilməlidir ki, Rusiyada insanların məlumat almaq imkanları nə qədər məhdudlaşdırılsa da, alternativ mənbələr hər zaman tapılır. Reallıq isə budur ki, Rusiya real savaşda olduğu kimi, informasiya müharibəsində də uduzur”.

A.Zeynalov

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv