!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya səfiri Özbəkistan Xarici İşlər Nazirliyinə çağırıldı

!Reklam – Yazi

Rusiya səfiri Oleq Malqinov Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, buna səbəb rusiyalı yazıçı, “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” siyasi partiyasının həmsədri Zaxar Prilepinin Özbəkistan ərazisinin Rusiyaya birləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər olub.

Dost ölkənin partiya liderinin bu cür bəyanatlarının ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik ruhuna uyğun gəlmədiyi Rusiya səfirinin diqqətinə çatdırılıb.

Rusiya Xarici İşlər Nazirliyi də məlum məsələyə reaksiya verib. Bildirilib ki, Prilepinin Rusiya Federasiyasına əmək miqrasiyası ilə bağlı açıqlamaları onun şəxsi fikridir və Moskvanın rəsmi mövqeyini əks etdirmir./Apa/

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv