!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılacaq

!Reklam – Yazi

Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılacaq. Bu barədə Ermənistan mediasına yüksək vəzifəli mənbə məlumat verib.

Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək.

Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, onun siyasi olduğunu deyib.

Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarıilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətini məsələ ilə bağlı heç bir məlumatın olmadığını bildirib.

Qeyd edək ki, Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb. Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur./Oxu.az/

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv