!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya Şimali Avropadakı hərbi qruplaşmasının 80 faizini Ukraynaya göndərib” – “Foreign Policy”

!Reklam – Yazi

“Son 7 ayda bu ərazidə yerləşdirilmiş Rusiya qoşunlarının sayının ciddi şəkildə azaldığı müşahidə edilir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə üç Şimali Avropa ölkəsi Müdafiə Nazirliyi təmsilçilərinin “Foreign Policy” nəşrinə açıqlamalarında deyib.

Adları açıqlanmayan həmin məmurların sözlərinə görə, Rusiya Ukraynada üzləşdiyi canlı qüvvə itkisindən yaranan boşluğu özünün Şimali Avropada yerləşdirdiyi hərbi qüvvələrini döyüş zonalarına göndərməklə doldurmağa çalışır.

Onlar bildiriblər ki, Rusiya hətta Sankt-Peterburq yaxınlığında yerləşdirdiyi bir neçə S-300 zenit kompleksini də ərazidən çıxararaq Ukraynaya göndərməli olub.

Qeyd olunur ki, son 7 ayda bu ərazidə yerləşdirilmiş Rusiya qoşunlarının sayının kəskin şəkildə azaldığı müşahidə edilir.

Aparılan müşahidə və hesablamalara əsasən, Rusiya Şimali Avropadakı 30 minlik hərbi qruplaşmasının 80 faizini artıq Ukraynaya göndərib.

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv