!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya “sülhməramlıları” Qarabağda hərbi təlimlər keçirdi - VİDEO

!Reklam – Yazi

Rusiya sülhməramlıları Qarabağdakı poliqonda atıcı silahlardan və BTR-82A standartlı silahlardan atəş təlimləri keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Müdafiə Nazirliyindən məlumat verilib.

“Tankodrom yolunda zirehli transportyorların ekipajları sürücülük normalarını yerinə yetiriblər, nahamar relyefdə yüksək sürətlə maneələri dəf ediblər və standart BTR-82A silahlarından tək və qrup hədəflərə atəş təlimləri həyata keçiriblər”, – idarədən bildirilib.

Həmçinin Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti atıcı silahlardan atəş hazırlığı üzrə təlimlər keçirib.

Təlimlərə 10-a yaxın hərbi və xüsusi texnika cəlb olunub.

İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir./Qaynarinfo/

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv