Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiya Suriyada İŞİD mövqelərinə zərbə endirib - VİDEO

Rusiyaya məxsus “Tu-95MS” təyyarələri X-101 ən müasir qanadlı raketlərlə Suriyadakı İŞİD mövqelərinə zərbələr endirib.

Yenicag.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyindən deyiblər.

“İyulun 5-də Rusiya ərazisindəki “Engels” aerodromundan havaya qalxan “Tu-95MS” strateji raket daşıyıcıları havada yanacaq doldurmaqla X-101 ən müasir qanadlı raketlərlə İŞİD terror təşkilatının Suriyanın Hama və Homs əyalətlərinin sərhədindəki obyektlərinə zərbələr endirib.”, – məlumatda deyilir.

Zərbə nəticəsində üç silah və döyüş sursatı anbarının, eləcə də terrorçuların komanda məntəqəsinin məhv edildiyi bildirilir.

Qeyd edək ki, X-101 Rusiyanın ən yeni strateji qanadlı raketidir. Onun istehsalında radarlara yaxalanmaması üçün müasir texnologiyalar tətbiq edilir. Raketin uçuş məsafəsi 4,5 min kilometrə qədər təşkil edir. Raketlər nüvə döyüş başlığı ilə təchiz edilə bilər.

Yenicag.az

www.yenicag.az

454
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM