!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya taxıl ixracı ilə bağlı məhdudiyyəti ləğv edir

!Reklam – Yazi

Rusiya iyulun 1-dən Avrasiya İqtisadi İttifaqı (AİB) ölkələrinə taxıl ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

Yenicag.az xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşündən sonra deyib.

Nazirin sözlərinə görə, məhdudiyyətlər təkcə Aİİ ölkələri üçün deyil, bütövlükdə bütün dünya üçün götürüləcək.

Bununla belə, məhdudiyyətlər bu və ya digər səbəbdən uzadılsa belə, artıq Aİİ ölkələri üçün müvafiq sazişlər mövcuddur.

Qeyd edək ki, bu il sanksiyalardan dolayı Rusiya taxıl və şəkər də daxil olmaqla müəyyən növ ərzaq məhsullarının ixracını məhdudlaşdırıb./Axar.az/

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv