!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya tərəfinə Qərbin razılığı: “Sistemin təşkili gizli razılaşmalarla olmayıbsa...” - EKSPERT

!Reklam – Yazi

“Avropa Birliyi ölkələri və ya ABŞ tərəfindən hansısa razılaşdırılma əldə edilməyibsə, sistemin işləmə qabiliyyəti sual altındadır”.

Bu sözləri Rusiya tərəfindən yeni yaradılmış “Kwikpay” adlı beynəlxalq pul köçürmələri sisteminin qeydiyyata alınmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, yeni sistem bloklanacağı təqdirdə sistemin mobil tətbiqlərinin də aqibəti uğursuz olacaq:

“Əslində Rusiya ərazisində hansısa pulköçürmə sisteminin qeydiyyata alınması hələ heç nə demək deyil. Əgər bu sistemin təşkili gizli və ya yarıgizli razılaşmalar əsasında olmayıbsa, yəni Avropa Birliyi ölkələri və ya ABŞ tərəfindən hansısa razılaşdırılma əldə edilməyibsə, sistemin işləmə qabiliyyəti sual altındadır. Çünki bəzi məlumatlar dolaşır ki, kənd təsərrüfatı məhsullarının satışı zamanı Rusiya tərəfi pul köçürmələrində çətinliklər yaşayır deyə Qərb ölkələri tərəfindən yeni köçürmə fürsətlərini bu ölkə üçün yaradılması istənilir.

Ortada belə bir razılaşma varsa, bu sistemin işləmə şansı var. Yox, əgər razılaşma əldə edilməyibsə, suallar yaranır. Nəzərə alsaq ki, sistemin mobil tətbiqləri də mövcuddur. Yeni sistem bloklanacağı təqdirdə bu mobil tətbiqlərin də aqibəti uğursz olacaq.

Pulköçürmə sistemi birtərəfli deyil, qarşılıqlı baş tutan prosesdir. Qarşı tərəf pul qəbul etməyəcəksə, yenə də işləmə prosesində problemlər olacaq. Qısaca, yeni sistem üçün Qərbin razılığı yoxdursa, işləmə mexanizmi sıfıra yaxındır”.

Yusif Səmədzadə

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv