!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya təsiri”nə görə SANKSİYA: Polşaya xəbərdarlıq edildi

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) Polşada Rusiya ilə bağlı qəbul edilmiş qanunun dəyişdirilməsini tələb edir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Aİ-nin Komissarlar Kollegiyası Polşada “Rusiya təsiri”ni araşdıracaq komissiyanın yaradılması haqqında qanunla əlaqədar hərəkətə keçib.

Qeyd olunur ki, Avropa Komissiyası tənqid olunan qanunla bağlı Polşaya zəruri xəbərdarlıq edib və bu çərçivədə qətiyyətli tədbirlərin görüləcəyi bildirilib.

Avropa Komissiyası hələlik Polşaya “rəsmi bildirişin yer aldığı məktub”un göndərilməsi ilə kifayətlənib.

Bu, ümumAvropa qanunvericiliyinin pozulması halında tətbiq olunan ilk prosedurdur. Xəbərdarlıq nəzərə alınmazsa, iş Aİ məhkəməsinə qədər uzana bilər.

O baxımdan, Polşanın Aİ-nin tələbini yerinə yetirərək qanunu dəyişdirmək, yaxud da ləğv etmək üçün müəyyən qədər vaxtı var. Əks halda, növbəti addım olaraq Polşaya qarşı maliyyə sanksiyası tətbiq ediləcək.

Xatırladaq ki, ABŞ də Polşanın “Rusiya təsiri” haqqında qanununu tənqid edib.

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv