!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya tezliklə müsəlman ölkəsi olacaq" - VİDEO

!Reklam – Yazi

“Rusiya tezliklə müsəlman ölkəsi olacaq”.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Moskva imamı İldar Alyautdinov özbək diasporunun ikinci illik konfransında çıxışı edib.

O bildirib ki, miqrantların və müsəlmanların üzərinə “böyük demoqrafik missiya” düşür və onlar bunu yerinə yetirməyə çalışacaqlar.

Onun bu çıxışı rusları qəzəbləndirib. Onlar müsəlmanların “müqəddəs missiya”nı öz üzərlərinə götürmələrindən narahatdırlar.

Bununla bağlı KİV-lər rus qadınlara müraciət ünvanlayıb:

“Müsəlmanlar başa düşürlər ki, bizim demoqrafik problemimiz var və rus kişiləri müharibədə ölməyə sövq edilir. Ona görə də hər şeyi öz əllərinə almaq qərarına gəliblər.

Qızlar, siz miqrantlardan dünyaya uşaq gətirməyə hazırsınızmı?

Baxın, bir ildən sonra oyun meydançalarında Şaşa və Dima əvəzinə yalnız Məhəmmədlər qaçacaq. Rusiya tezliklə müsəlman ölkəsi olacaq”.

Xuraman Etibarlı

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv