!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Türkiyə-Ermənistan sərhədində niyə aktivləşib? - “Moskva qabaqlayıcı tədbirlər görərək...” - RƏY

!Reklam – Yazi

“Rusiya hesab edir ki, Ukrayna müharibəsində vəziyyət dəyişdiyi təqdirdə Türkiyənin Qərbə doğru meyillənməsi sürətlənəcək”.

Bu sözləri Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhəddində bufer zona yaratmasına münasibət bildirən siyasi ekspert Asif Nərimanlı Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, NATO-nun Vinüs Sammiti ilk dəfə Alyans üzvləri Rusiyaya qarşı daha çox birlik nümayiş etdirdilər və qarşı tərəfin bu tip addımları gözləniləndir:

“Rusiyanın əzəldən Ermənistandakı planlarından biri də NATO-ya qarşı bir növ öz sərhədini formalaşdırmaq olub. Bildiyimiz kimi, Türkiyə NATO ölkəsidir. Rusiyanın Ermənistanda hərbi obyektlər təsis etməkdə məqsədi təkcə bu ölkəni öz təsiri altında saxlamaq deyil. Həmçinin Alyansa qarşı müdafiə xəttini formalaşdırmaq olub. Rusiyanın son vaxtlar Türkiyə ilə münasibətləri normal olsa da, nəticə etibarilə o, bir NATO ölkəsidir. Buna görə də Rusiyanın ümumi yanaşması dəyişmir. Məhz Rusiyanın bu regiondan çıxmaq istəməməsinin səbəbləri buradan qaynaqlannır. İndiki məsələyə gəldikdə isə bütün bunlar regionda dəyişən proseslərlə bağlıdır.

Bölgədə Rusiya və Türkiyə bir çox məsələləri birgə həll etmək qərarına gəliblər. Amma bütün hallarda Türkiyənin müharibədən sonrakı dövrdə Cənubi Qafqazda güclənməsi gələcəkdə NATO-nun da regiona giriş etməsi ehtimallarını artırır. Nə qədər ikitərəfli münasibətlər yaxşı olsa belə, bu amil Rusiya tərəfi üçün risk hesab edilir və bunu da heç vaxt diqqətdən qaçırmırlar.

Bundan əlavə müharibədən sonra regionda güc balansı da pozulub. Ukrayna müharibəsinə qədər Rusiyanın bölgədə aktiv təmsilçiliyi vardısa, artıq indiki dövrdə bu aktivliyin nisbətən azalmasını görürük. Artıq Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsində vasitəçilik maraqları arxa plana keçməkdədir. Bunun fonunda Avropa və ABŞ bu yönümdə daha aktiv formada iştirak edir.

Rusiya tərəfi hesab edir ki, Ukrayna müharibəsində vəziyyət dəyişdiyi təqdirdə Türkiyənin Qərbə doğru meyillənməsi sürətlənəcək və indidən bu istiqamətdə qabaqlayıcı vasitələrdən istifadə etməyə çalışır. Türkiyə ilə Qərb arasında müəyyən vaxt soyuqluq yaşansa da, vəziyyət dəyişə bilər və Qərbin bu yönümdə addımlar atma ehtimalı çoxdur.

Bu haqda xəbərlərin yayılmasının NATO-nun Vilnüs Sammitindən sonra baş verməsi də təsadüfi deyil. Hesab edirəm ki, Ukrayna müharibəsi başladıqdan sonra Alyans üzvləri ilk dəfə idi ki, Rusiyaya qarşı daha çox birlik nümayiş etdirdi. Eyni zamanda sammitin gedişində Türkiyə ilə də bir sıra razılıqlar əldə olundu. Fikrimcə, Ermənistanla Türkiyə sərhədində görülən bu tədbirlər gələcəkdə öz mövqelərini qorumaqla bağlıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv