!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Türkiyə ilə birgə növbəti AES-in tikintisinə başlayacaq

!Reklam – Yazi

Rusiya ilə Türkiyə arasında yeni atom elektrik layihəsində iştirakla bağlı danışıqlar başlayıb.

Yenicag.az xəbər verir ki, bunu çərşənbə günü “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçov “Rossiya-24” telekanalına müsahibəsində deyib.

O bildirib ki, yeni AES Türkiyənin şimalındakı Sinop vilayətində salına bilər.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında Sinopun adını çəkib. Burada dördbloklu stansiya yaradıla bilər. Biz artıq türkiyəli tərəfdaşlarımızla danışıqlara başlamışıq”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya ilə Türkiyə Akkuyu atom elektrik stansiyasının tikintisində əməkdaşlıq edir. Akkuyu AES-in gələn ilin əvvəlində işə düşməsi gözlənilir.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv