!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Türkiyə qaz qovşağı: "Azərbaycanı da effektiv dividentlər gözləyir"

!Reklam – Yazi

Moskva Enerji Həftəsi konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya “Şimal axını”ndan göndərilə bilməyən təbii qazı Qara dəniz vasitəsilə göndərə, hətta Türkiyədə Avropa üçün təbii qaz qovşağı yarada bilər. Türkiyə tərəfi isə öz növbəsində açıqlama yayaraq, Putinin təklifi ilə razılaşdığını və təbii qaz qovşağının yaradılmasının texniki baxımdan mümkün olduğunu vurğulayıb.

Rusiya və Türkiyə arasındakı yeni iqtisadi əməkdaşlıqla bağlı iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, Türkiyənin, xüsusilə son illər ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində milli maraqlara söykənən siyasətin həyata keçirilməsi böyük iqtisadi və siyasi dividentlər gətirməkdədir:

“Rusiya və Türkiyə arasında əməkdaşlıq dərinləşməlidir. Bu, hər iki ölkənin, bütövlükdə bölgənin milli maraqlarına uyğundur. Müəyyən texniki problemlər olsa da, Rusiya faktiki olaraq “Şimal axını-1” və “Şimal axını-2″ layihələrini rahatlıqla kompensasiya edə biləcək. O cümlədən, Türkiyənin enerji xabına çevrilməsi vasitəsilə Rusiya siyasi baxımdan təsir imkanlarını daha da artıracaq. Çünki Rusiyanın Qərbdən və Avropadan asılılığı azalacaq. Digər tərəfdən, Türkiyə siyasi və iqtisadi cəhətdən böyük imkanlara sahib olacaq.

Unutmaq olmaz ki, enerji siyasəti iqtisadiyyatın bel sütunudur. Enerjidə mövqelərin güclənməsi iqtisadiyyatdan sonra siyasi müstəviyə keçir. Sözsüz ki, Rusiya-Türkiyə əməkdaşlığı fonunda Azərbaycanı da effektiv dividentlər gözləyir. Çünki hər iki dövlət ölkəmizlə çox xoş münasibət çərçivəsindədir. Sözügedən əməkdaşlıq Azərbaycanın rolunun da artmasına yol açacaq. Azərbaycan öz resurslarını Türkiyədə formalaşan xab vasitəsilə dünya bazarlarına çıxaracaq ki, bu, iqtisadi baxımdan yeni imkanlar yarada bilər. Nəticədə, həm valyuta daxilolmaları, həm də iqtisadi dayanıqlılıq cəhətdən müsbət təsirlər gözləniləndir”.

Gülşən Şərif

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv