Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Rusiya Türkiyənin Ukraynaya silah satışına qarışa bilməz” – Araz Əlizadə

Reklam: High Technic

“Yəqin ki, Peskov “ağır nəticələr” dedikdə, Rusiyanın Abxaziya müharibəsindəki iştirakını nəzərdə tutur”.

Bu fikirləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Türkiyənin Ukraynaya ”Bayraktar” PUA-ları satmasının “ağır nəticələrə gətirəcəyi” barədə fikirlərinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin Ukraynaya, yaxud da başqa bir ölkəyə silah satması onun suveren hüququdur və Rusiya buna qarışa bilməz:

“Yəqin ki, Peskov “ağır nəticələr” dedikdə, Rusiyanın Abxaziya müharibəsindəki iştirakını nəzərdə tutur. Bildiyiniz kimi, vaxtilə Abxaziya əhalisinə Rusiya pasportları paylanıb və Gürcüstanla müharibədə də Moskvanın əsas arqumenti “öz vətəndaşlarını qorumaq” olmuşdu.

İndi də Donbas əhalisinə Abxaziyada olduğu kimi, Rusiya pasportları paylanır və Ukraynanın orada müharibəyə başlayacağı təqdirdə, Rusiya yenə “öz vətəndaşlarını qorumaq” adı ilə mümkün toqquşmalara birbaşa qatılmaq üçün “əsas” yaradır.

Türkiyənin Ukraynaya silah satışı isə onun suveren hüququdur və Rusiya buna qarışa bilməz. Rusiya Türkiyəyə deyə bilməz ki, sən Ukraynaya silah satma”.

A.Zeynalov

www.yenicag.az

318
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100