!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Türkiyəyə qaz qovşağı üçün yol xəritəsini hazırladı və göndərdi

!Reklam – Yazi

Rusiya qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayıb və Türkiyəyə göndərib. Ankara bunu nəzərdən keçirir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə hazırda layihə müzakirə mərhələsindədir.

“İmzalanan kimi tədbirlər planına uyğun olaraq həyata keçiriləcək”, – deyə o əlavə edib.
Novak qeyd edib ki, layihə ilk növbədə Türkiyədə elektron qaz ticarəti platformasının yaradılmasını nəzərdə tutur.

2022-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin Türkiyə ərazisində “Şimal axını” ilə itirilmiş qaz tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb. Türkiyə hakimiyyəti bəyan edib ki, ölkədə infrastruktur nöqteyi-nəzərindən layihənin həyata keçirilməsi üçün demək olar ki, hər şey hazırdır, lakin qanunvericiliyə dəyişiklik etmək lazımdır. İlk qanunvericilik qərarları aprelin əvvəlində qəbul edilib və Türkiyənin neft-qaz şirkəti “Botaş” və digər təchizatçıların fəaliyyətinə aid olub.

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv