!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya üçün “ikinci Ukrayna” ALTERNATİVİ: “Bunun artıq ehtimal yox, reallıq olduğunu...”

!Reklam – Yazi

“Yaranmış şəraitdə səbr kasası dolan Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi üçün əlindən gələni edəcək”.

Bu fikirləri Rusiya diplomatlarının Ermənistanın baş naziri Nikol Paşinyanın Ukrayna prezidenti Volodimir Zelenskinin “yolu ilə getməsi”nə dair iddialarına münasibət bildirən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyaya bağlı qüvvələrin daha ciddi şəkildə təşkilatlandırılaraq Paşinyanın üzərinə qaldırılacağı gözlənilir:

“Son iki ildə Ermənistan hakimiyyətinin əsas siyasi istiqaməti Rusiyadan qopmağa hesablanıb. Bunun üçün hər şeyi edirlər. Hətta Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən KTMT-nin yekun sənədinin imzalanma mərasimində Ermənistanın bundan imtina etməsini xüsusi vurğulamaq lazımdır. Eyni zamanda, KTMT-nin Ermənistanda keçirilməsi nəzərdə tutulan təlimləri də ləğv olundu.

Bir sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın bütün təkliflərini rədd edir və üzünü Qərbə çevirir. Artıq Paşinyanın Rusiya hərbi bazasının Ermənistandan çıxarılması haqqında bəyanat verəcəyinə yönəlik gözləntilər də xeyli artıb.

Yaranmış şəraitdə səbr kasası dolan Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi üçün əlindən gələni edəcək. Rusiyaya bağlı qüvvələrin daha ciddi şəkildə təşkilatlandırılaraq Paşinyanın üzərinə qaldırılacağı gözlənilir. Bu ehtimal baş tutmasa belə, Rusiyanın Paşinyanı devirmək üçün hərbi yola əl atması da istisna olunmur.

Lakin Ermənistanın Rusiyadan bu tezliklə qopması qeyri-mümkündür. Çünki Ermənistan iqtisadiyyatı, kommunikasiya xətləri, enerji strukturları faktik Rusiyaya məxsusdur. Ancaq Paşinyanın davranışlarından bu nəticəyə gəlmək olar ki, Qərb Ermənistanın təhlükəsizliyinə təminat verib. Hər halda, Paşinyanın radikal addımlar atması bundan qaynaqlanır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv